Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qaradağ" şadlıq sarayından ətrafa tüstü yayılması ilə bağlı monitorinq aparılıb
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Qaradağ" şadlıq sarayından ətrafa tüstünün yayılması ilə bağlı daxil olan şikayət əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və ölçmə işləri aparılıb.
Bu sözləri Oxu.Az-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Rəvan Teymurov deyib.
O bildirib ki, ölçmələrin nəticəsinə görə atmosfer havasına atılan maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib:
"Bir müddət əvvəl sözügedən şadlıq sarayından havaya atılan maddələrin miqdarı normadan artıq olduğu üçün şadlıq sarayının istifadəçisi Nizami Əliyev barəsində akt və protokol tərtib edilərək cərimə tətbiq olunub və artıq nöqsanlar aradan qaldırılaraq qaz-toz tutucu qurğular yenilənib", - deyə o əlavə edib.
Aygün Mirakif
"Qaradağ rayonu" teqi üzrə xəbərlər
- Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?
- Qaradağda avtoxuliqanlıq edən sürücü həbs edilib
- Bakının üç rayonunun qaz təchizatı dayandırıldı
- Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI