Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Haber Global": Ukrayna ordusuna əsir düşən Şimali Koreya əsgəri nələr danışdı?
Yanvarın 9-da Ukrayna ordusuna əsir düşən iki Şimali Koreya əsgəri hazırda qapalı şəraitdə saxlanılır və müalicə alır.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə məlumat verilir.
Süjetdə bildirlir ki, saxta Rusiya pasportuna malik əsgərlərdən biri çənəsindən yaralandığı üçün danışa bilmir. Lakin digəri ona ünvanlanan sualları aydın şəkildə cavablandırır.
"Bizə real döyüş şəraitində olduğu kimi təlim keçdiyimizi dedilər. Yanvarın 3-ü döyüş bölgəsinə gəldim, yoldaşlarımın yanımda öldüyünü gördüm. İki gün sonra özüm də yaralandım", - deyə hərbi əsir bildirib.
Daha ətraflı "Haber Global"ın videomaterialında:

"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
- Lukaşenko: "Rusiyanın cəbhədə uğurları var"
- Putin: "Ukraynada atəşkəs təklifi ilə razıyıq, amma..."