Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-dəki aviaqəzanın videosunu sızdıran iki nəfər saxlanıldı
Vaşinqtonun Aeroportlar İdarəsinin (MWAA) iki əməkdaşı Potomak çayı üzərində baş vermiş aviaqəzanın müşahidə kameralarından eksklüziv videosunun CNN telekanalına sızdırılması səbəbindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilir ki, müşahidə kameralarından əldə edilən videoyazıda təyyarənin helikopterlə toqquşması əks olunur. MWAA əməkdaşlarına qarşı icazə olmadan videoyazıların surətini çıxarmaq ittihamı irəli sürülüb.
Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinin hərbi helikopterlə toqquşmuş təyyarəsinin göyərtəsində 60-dan çox adam olub. Qəza nəticəsində təyyarə bir neçə hissəyə parçalanıb, qalıqları isə Potomak çayının 1,5-2,5 metr dərinliyinə düşüb.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- Arizonada havada iki təyyarə toqquşub: Ölənlər var
- ABŞ-də helikopter uçuşlarına məhdudiyyətlər tətbiq edilir
- Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı
- Vaşinqtonda aviaqəzada həlak olanların axtarışı başa çatdı
- Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib