Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kiyev merinin müavini həbs olundu
Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçkonun müavini Petro Oleniç həbs edilib.
Oxu.Az nv.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu rəsmi "Telegram" kanalında məlumat verib.
Qeyd olunur ki, o, torpaq mənimsəmə ittihamı ilə iki ay müddətinə girov müqabilində həbs edilib.
Prokurorluğun məlumatına görə, onun həbsi barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmə qəbul edib.
Bildirilir ki, məhkəmə mer müavininə 15 milyon qrivna (təxminən 361,6 min dollar) məbləğində girov qoyulmasına icazə verib.
Kliçko isə bildirib ki, Zelenskinin ofisi ona qarşı mübarizə aparır. Bununla yanaşı, mer Ukrayna paytaxtında hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin artdığını açıqlayıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
- Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Ukrayna Finlandiya ilə hərbi əməkdaşlıq haqqında memorandum imzaladı
- Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü