Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının bir rayonunda qaz kəsilib
Bakının Nəsimi rayonunda bir hissəsində qaz təchizatı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 32 ünvanında D76 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və qaz xəttinin PE63 mm-lik polietilen qaz xətti ilə əvəz olunması səbəbindən saat 14:00-dan etibarən qaz təchizatı dayandırılıb.
Təmir-bərpa işləri hazırda davam edir. Nəsimi rayonunda "20 Yanvar" metro stansiyası və 5-ci mikrorayon ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu gün Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X.Natavan küçələrinin, həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.