Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kurtua milli komandaya qayıdır
"Real Madrid"in qapıçısı Tibo Kurtua futbol üzrə Belçika millisinə qayıdacaq.
Oxu.Az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiya "L'Equipe" nəşrinə müsahibəsində deyib.
"O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. "Real Madrid"in "Mançester Siti" ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından milliyə çağırılmırdı. Qapıçının millinin ovaxtkı baş məşqçi Domeniko Tedesko ilə yola getmədiyi haqda xəbərlər yayılmışdı.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- UEFA Çempionlar Liqası: "Real Madrid" 1/4 finala son vəsiqəni qazandı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?
- "Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər
- UEFA Çempionlar Liqası: Son dörddəbir finalçılar bəlli olacaq
Ən çox oxunanlar