Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədi: "Mənə dilənçi payı lazım deyil"
Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb.
Oxu.Az xəbər verir ki, səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.
Direktor müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq.
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.

"Təhsil problemləri" teqi üzrə xəbərlər
- Müəllimləri təhqir edən direktorun SƏSYAZISI YAYILDI
- Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?
- Təhsildə inqilab: Dərslərin daha yaxşı mənimsənilməsi üçün MEMLƏRİN effektivliyi sübut olundu
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"