Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı
Yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd təsərrüfatı və qida məhsulları satılır.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdikləri kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satmaları üçün şərait yaradılıb.
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həm də istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcək. "Gəl, istehsalçıdan al" şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.
Bazar Novruz və Ramazan bayramlarında hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib
- "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
- Dövlət dəstəyi ilə qadın sahibkarların iqtisadiyyatda rolu artır
- 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib