Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Lənkəranda yanğın zamanı xəsarət alan ata və oğlunun SON DURUMU AÇIQLANDI
Martın 6-sı saat 02:10-da Lənkəran rayonu Girdəni kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iki nəfər (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, onlara bədənin aşağı və yuxarı ətraflarının, üzün, belin birinci və ikincidərəcəli yanığı, sol əlin birincidərəcəli yanığı diaqnozları qoyulub. Zərərçəkənlərə zəruri ilkin tibbi yardım göstərilib.
"Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxsin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evlərinin birində baş verib.
Yanğın 1961-ci il təvəllüdlü kənd sakini Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirvəsində qeydə alınıb.
Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev xəsarət alıblar. Xəsarət alan 64 yaşlı Z.Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən alovun evə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb
- İmişli rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
- Bakıda "Boranı" restoranında baş verən yanğın SÖNDÜRÜLÜB
- FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
- Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub