Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

PA rəsmisi: "Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur"
"Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminat məsələsi müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərərin, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq və müasir metodlarla qiymətləndirilməsi aparılıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun.
Mərahim Nəsib
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub"
- Hikmət Hacıyev: "Türk Dövlətləri Təşkilatı bölgədə yeni reallıqdır"
- Hikmət Hacıyev: "Şərq-Qərb toqquşması dərinləşir"
- Hikmət Hacıyevdən Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədənlərə xəbərdarlıq
- Prezidentin köməkçisi: "Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var"