Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri keçirilir
Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.
Oxu.Az xəbər verir ki, Novruz bayramı paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, kəndirbazlar öz məharətlərini göstərib, Novruzun əsas personajları olan "Kosa", "Keçəl" və "Bahar qızı" toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri" sərgisi açılıb
- Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
- Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
- Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım edib
- Leyla Əliyeva və Arzu Əliyeva İsmayıllı rayonuna səfər ediblər