Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Anar Quliyev: "Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar"
"Azərbaycan hökuməti yenidənqurma üçün dövlət büdcəsindən maliyyə ayırıb. İki hava limanı inşa edilib, üçüncüsü isə bu yaxınlarda istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə 30 mindən çox şəxs işləyir və ya yaşayır".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, Azərbaycan da bir çox xalqlar kimi münaqişənin ağrı-acısını yaşayıb:
"İndi Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır".
Anar Quliyev əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu ərazilərdə yenidənqurma işlərində yaxından iştirak edir və inşa prosesində mədəni irs nümunələrinin qorunmasına xüsusi diqqət yetirilir.
Qarabağ Universiteti barədə danışan komitə sədri bildirib ki, yaxın 5 il ərzində bu təhsil ocağında oxuyan tələbələrin sayının 7 minə çatacağı gözlənilir.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- Bakı Forumu: Ermənistanın və onun "böyük qardaşı"nın ifşası
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
- Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"