Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğan Trampla danışıb, qlobal məsələlər müzakirə edilib
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.
O, ABŞ prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.
Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.
Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
- Ərdoğan: "Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir"
- Ərdoğan: "Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir"
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub