Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Novruz ənənələrini şəhərdə yaşada bilirik?
Novruz bayramı əsasən, kənd həyatı və təbiətlə bağlılığa söykənsə də, onun ruhunu şəhər həyatında da qoruyub saxlamağa çalışırıq.
Şəhərdə yaşayanlar üçün bəzi adətlərin tam formada icrası çətin olur. Məsələn tonqal qalamaq, qapı pusmaq, yumurta döyüşdürmək kəndlərdə daha rahatdır.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında "Şəhərdə Novruz adətlərini yaşada bilirikmi" sualı ilə sorğu keçirib.
Sakinlər "indi binaların çoxunda şifrə olduğu üçün bloklardakı mənzillərə papaq atmaq olmur. Əvvəl sevinclə gözləyirdik ki, papaqlarımızı dolduracaqlar", "Bu gedişlə şəhər həyatında Novruz adətləri yox olacaq. Şəhərdə artıq papaq atmağa dilənçilik kimi baxırlar. Çünki bəziləri papaq atanda pul istəyirlər" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:

"Novruz bayramı" teqi üzrə xəbərlər
- Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
- Türkiyədə Novruz bayramı rəsmi şəkildə qeyd oluna bilər
- Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
- Bayram günlərində paytaxta turist axını var
- Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır