Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda müəllif və aparıcı Arzu Kəlbi liposaksiya əməliyyatından sonra dünyasını dəyişdiyi iddia olunan Rəvanə Mirzəyevanın evində olub.
Mərhumun qızının sözlərinə görə, anasında əməliyyatdan öncə problem yaransa da, müalicə alaraq sağalıb və həkimlər onu liposaksiyaya uyğun görüblər.
"Əməliyyatdan 15 gün sonra anamın ağrıları başladı. Həkimə gedəndə dedilər ki, hər şey yaxşıdır, əməliyyatdan sonra bu hal normaldır. Anamın halı pisləşəndə evdə deyildim, nənəm zəng edib "tez evə gəl, ananın vəziyyəti pisdir" dedi. Gələndə gördüm ki, o keçinib. Kaş əməliyyat olunmazdı", - o söyləyib.
R.Mirzəyevanın anası Zümrüd Rüstəmova isə əməliyyatdan sonra qızının ayağında şiş yarandığını deyib:
"Uşağım "ana, mənə kömək et" dedi, dərman istədi, təcili tibbi yardım çağırdım, o da bir saata gəldi, qızım keçindi. Uşağım əlimdən getdi, 16 yaşında bir qızı qaldı. Rəvanənin krediti var, uşağı oxuyur, pensiyamı çatdıra bilmirəm. Qızım "sizi buradan çıxaracağam" deyirdi, amma özü getdi".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Sərt qış fermerləri çətin vəziyyətdə qoyub: 5 min manatlıq ziyan dəyib
- "20 Yanvar" və "Azneft" dairələrində xaos - AYNA Bakıda hansı işləri görəcək?
- Ermənistan sülhlə bağlı danışıqlara necə mane olmaq istəyib? - Xəbərlərin 20:00 buraxılışı
- Başqa qazanda bişirə bilməzsən: Səməni halvası necə hazırlanır?
- Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi