Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyevdən süni intellekt strategiyası ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə verilib.
Sənədlə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
- Səudiyyə Ərəbistanının baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi təbrik edib
- Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub