Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlər üçün bütün şərait YARADILDI: Ağdamda həyata keçirilən layihələr hansılardır?
Baku TV Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində həyata keçirilən yenidənqurma işləri barədə reportaj hazırlayıb.
Qeyd edilib ki, təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin oktyabrın 4-də qoyulan kənddə hazırda genişmiqyaslı quruculuq işləri aparılır.
Sarıcalıda əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, sosial-iqtisadi müəssisələr də qurulub. Həmçinin burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
14 sinif otağı olan 360 şagird yerlik Sarıcalı kənd tam orta məktəbində təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, eləcə də akt və idman zalları yaradılıb.
Sarıcalıda artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.
Ətraflı süjetdə:

"Ağdam" teqi üzrə xəbərlər
- İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərin açarlarını təqdim edib
- Prezident Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanış olub
- İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib
- İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
- İtaliyalı parlamentarilər Şuşada aparılan bərpa-quruculuq işləri ilə tanış olurlar