Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaşar Güler: "Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir"
"Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra çıxışında deyib. Onun çıxışı nazirliyin sosial şəbəkə səhifəsində paylaşılıb.
Güler bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya və Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir, bununla da qlobal sülh və sabitliyə töhfə verir.
Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir.
"Yaşar Güler" teqi üzrə xəbərlər
- Hakan Fidan, Yaşar Güler və İbrahim Kalın Suriyaya gediblər
- Yaxın vaxtlarda Suriyaya quru əməliyyatı olacaqmı? - Türkiyəli nazirlərdən AÇIQLAMA
- KİV: Türkiyə hökumətindəki mümkün dəyişikliklər əsas nazirləri əhatə etməyəcək
- Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası keçirilib
- Türkiyə ABŞ-yə Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib