Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Netanyahu Qəzzada müharibənin sonu üçün şərt qoydu
İsrail Qəzza müharibəsinin sona çatdırılmasına dair razılaşmanın növbəti mərhələsini müzakirə etməyə hazırdır, lakin bunun üçün HƏMAS hərəkatının silahı yerə qoyması və anklavı tərk etməsi lazımdır.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbər verdiyinə görə, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
O qeyd edib ki, HƏMAS liderlərinin bölgəni tərk etməsinə icazə veriləcək və İsrail Qəzzada ümumi təhlükəsizliyi təmin edərək ABŞ Prezidenti Donald Trampın könüllü miqrasiya proqramından ibarət olan planı həyata keçirəcək.
Netanyahu vurğulayıb ki, ölkəsi bu plana sadiq qalır və istənilən vaxt onu müzakirə etməyə hazırdır.
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- Netanyahu: "İsrail yaxın günlərdə tam gücü ilə HƏMAS-a qarşı hərbi əməliyyata başlayacaq"
- Netanyahunun Azərbaycana səfəri təxirə salındı
- Azərbaycan geosiyasi MƏRKƏZDİR: Hamı "yanmış körpülər"in bərpasına çalışır - "Kaspi"nin TƏHLİLİ
- Azərbaycanın Yaxın Şərq siyasəti: Uğurlu diplomatiyanın nəticəsi
- Netanyahunun korteji qəzaya düşdü