Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan: "Qarabağ hərəkatı" davam etməməlidir"
"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane oldu".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, "Qarabağ hərəkatı" davam etməməlidir", - Paşinyan qeyd edib.
Qeyd edək ki, "Qarabağ hərəkatı" 1988-ci ildə hələ Sovet İttifaqının tərkibində olan və ideoloji əsasında ölkənin 1991-ci ildə müstəqilliyini elan etdiyi Ermənistanda başlanmış hərəkat hesab olunur.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
- Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
- Ermənistan daxilində Paşinyana qarşı təzyiqlər artıb - Xəbərlərin 20:00 buraxılışı
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
Ən çox oxunanlar