Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir
İnsan alverində təsqsirləndirilən 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (əvvəlki dövrlə müqayisədə bir nəfər az) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin İnsan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib
"İnsan alveri" teqi üzrə xəbərlər
- İnsan alverində ittiham olunan qadına CƏZA verildi
- Dövlət komitəsinin rəsmisi: "Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər"
- P.Diddi həbsxanada olarkən nə qədər qazanıb?
- Castin Biber P.Diddi ilə münasibətləri haqqında həqiqəti üzə çıxardı
- Deputatdan təklif: "Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır"