Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri işə başlayıb
Bu gün Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, sərgilərdə 30-dan artıq ölkədən 450 şirkətin nümayəndələri iştirak edir.
Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edəcəklər.
İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər dörd gün ərzində təşkil ediləcək. Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.
Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olub. Bu il "InterFood Azerbaijan" sərgisi 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3 000-dən çox şirkət və 150 000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusu qazanıb.

Məhərrəm Əliyev
"Bakı Ekspo Mərkəzi" teqi üzrə xəbərlər
- Bakıda İkinci Türk Ticarət Sərgisi keçirilir
- Bakıda türk ticarət sərgisi keçirilib
- "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək
- Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində
- Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin NƏZƏRİNƏ