Xaçmaz rayonunda 22 yaşlı qız sevdiyi oğlan üzündən özünü asıb.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Xaçmaz rayon polis idarəsindən bildiriblər.
Alınan məlumata görə, 1992-ci il təvəllüdlü Ələkbərova Firuzə Fərhad qızı özünü hamam otağında asaraq intihar edib. Ələkbərovanın ailə üzvləri intihar zamanı evdə olublar. Anası qızının uzun müddət ortalıqda görünmədiyindən narahat olub və məlum hadisənin şahidi olub.
Məlumdur ki, Ələkbərova intihardan qabaq sevgilisinə “Sən mənim anamı ağlamağa məcbur etdin” mətnli sms yollayıb.
Hal-hazırda rayon prokurorluğu 22 yaşlı qızı intihar etməyə məcbur edən səbəbi üzə çıxarmaq üçün araşdırma aparır.