Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
O bildirib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində beş fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.
Ölkəmizin #cənub sərhədlərində #gömrük orqanlarının həyata keçirdiyi uğurlu #əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq #narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
— Safar Mehdiyev (@SafarMehdiyev_) May 3, 2021