"İşğaldan azad edilmiş ərazilərdə içməli su təchizatında yaranan fasilələr aradan qaldırılacaq".
Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə içməli su mənbələri yeni qurulduğu üçün bəzi hallarda fasilələr yarana bilər:
"Lakin gələcəkdə müasir imkanlardan istifadə etməklə bu fasilələr tam aradan qaldırılacaq".
İlham Quliyevin sözlərinə görə, məskunlaşma olan bütün ərazilərdə içməli su şəbəkələri və anbarların yaradılması təmin olunur və bu işlər mərhələli şəkildə davam etdiriləcək.
Aləmdə Nəsib