Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağcabədidə 13 yaşlı qızın övladı dünyaya gəldi
Ağcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qızı nişanlayıblar. Ailələrin razılığına görə, qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar. Qızın hamilə qaldığı məlum olduqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər.
Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.
Zərərçəkmiş kimi tanınan 13 yaşlı Gülər (ad şərtidir) və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
"Erkən nikah" teqi üzrə xəbərlər
- Hüquq, cəmiyyət və erkən nikah: Problemin kökü nədədir?
- Erkən nikahla necə mübarizə aparmaq lazımdır?
- Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbsi tələb edildi
- Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı