Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, “Ford Transit” markalı, 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.
L.Ə.