“Azərbaycan xalqına bu gözəl qələbə xəbərini möhtərəm Prezident İlham Əliyev çatdırıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
O bildirib ki, bu, böyük tarixi qələbə günüdür:
“Vətən oğullarının qanı-canı bahasına qazanılan bu qələbəni yaşamaq Azərbaycan xalqının haqqıdır. Vətən uğrunda canlarını fəda etmiş Vətən oğullarına Allahdan rəhmət, ailələrinə baş sağlığı diləyirəm. Şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad olsun”.