ANS TV-nin keçmiş aparıcısı Rahib Qəribin ailəsində ağır itki baş verib.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, aparıcının həyat yoldaşı uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Rahib Qərib ANS-də “Marş” hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olub.
İki oğlu var. Övladlarından biri ikinci (birinci şəkildəki), biri beşinci (ikinci şəkildəki kepkalı uşaq) sinif şagirdidir.
S.B.
www.oxu.az