Məktəb uşaq inkişafının əhəmiyyətli dönüş nöqtəsidir. Bilik ocağına ilk dəfə qədəm qoyan uşaqların məktəbə uyğunlaşması üçün müəyyən bir zamana ehtiyac duyulur. Bu müddət uşaq üçün qarmaqarışıq olmaqla yanaşı, onun qayğısız günləri geridə buraxması, fərd olaraq cəmiyyətə, fərqli bir sosial çevrəyə atılması prosesidir.
Yeni tədris ilinin başlanmasına çox az vaxt qalıb. Dərs ili yaxınlaşdıqca, ənənəvi olaraq valideynlərin və uşaqların da həyəcanı artır. Yeni dərs ili özü ilə məktəb həyəcanı ilə yanaşı, valideyn məsuliyyəti də gətirir. Təbii ki, hər bir valideyn üçün övladının məktəbə getməsi, gələcəyini təmin edəcək savad alması sevindirici hadisədir. Uşaqların həyatının ən xoşbəxt, ən gözəl xatirələri, yəqin ki, məktəb illəri ilə bağlıdır. Bu məqamda, övladlarını məktəbə ürəyi istədiyi səviyyədə yola salmaq, onları hər cür məktəb ləvazimatı ilə təmin etmək məsələsi ortaya çıxanda hara üz tutacağını düşünən valideynlərə Antaris Express-ə üz tutmağı məsləhət görürük.
Bakının mərkəzində çox rahat yerlərdə yerləşən mağazalarımız uzun illərdir şagirdlərin və valideynlərin tam ixtiyarındadır. Antaris Express-də hər yaşda olan məktəblilər üçün dünyanın aparıcı markalarının məktəb ləvazimatlarını tapmaq mümkündür.
Başqa yerlərdə qarşılaşdığınız çeşid çoxluğu və ucuzluq sizi aldatmasın. Unutmayın ki, uşaqlarınızın sağlamlığı üçün təhlükəsiz, zərərsiz materiallardan hazırlanmış ləvazimatlar lazımdır. Antaris Express sizə məhz sağlam və təhlükəsiz məktəb ləvazimatları təklif edir. Çünki övladınız məktəbdə müxtəlif ləvazimatlara təmasda olandan sonra, qidalanarkən heç də hər zaman əlini yumaq imkanı olmur. Antaris Express mağazalarında satılan məktəb ləvazimatları uşaqlarınızın sağlamlığının zəmanətidir.
Odur ki, heç nə düşünmədən Antaris Expressə təşrif buyura bilərsiz.
Onu da xüsusilə qeyd edək ki, Antaris Express mağazalarında Faber Castell, University of Oxford, Keyroad, Harvard, Cambridge, Polo Assn., Trix kimi aparıcı brendlərin keyfiyyətli məktəb ləvazimatlarını tapa bilərsiniz.
Antaris Express mağazalar şəbəkəsi sadaladığımız brendlərin Azərbaycanda rəsmi distributorudur və məhsulların əsilliyinə, eləcə də keyfiyyətinə tam zəmanət verir.
Antaris Express-in mağazaları aşağıda təqdim olunmuş 3 ünvanda yerləşir:
Antaris Express Mərkəz
Nigar Rəfibəyli küçəsi 16,
Tel: +99412 492 69 41, +99455 551 69 41
E-mail: merkez@antaris.az
Antaris Express 28 May
28 may küçəsi 54,
Tel.: +99412 498 62 47, +99455 551 62 47, +99470 551 62 47
E-mail: 28may@antaris.az
Antaris Express STM
Qaradağ rayonu, Sədərək TM, Şirniyyat, Sıra 5, Mağaza 19, 21,
Mob.: +99470 555 21 55, +99450 555 21 55
E-mail: stm@antaris.az