Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilən İlqar Məhərrəmovun yeni iş yeri müəyyənləşib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İlqar Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri təyin olunub.
Bu barədə nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müavini İlqar Məhərrəmov vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.
Nazirin digər əmri ilə Rövşən Eldar oğlu Cəfərov "Aqroservis" ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.
Qeyd edək ki, Rövşən Cəfərov bundan əvvəl "Azbadam" MMC-nin direktoru vəzifəsində çalışıb.
Fotoda İlqar Məhərrəmov

Fotoda Rövşən Cəfərov
