Axşam saatlarından etibarən əsməyə başlayan güclü külək cənub rayonlarında fəsadlar törətməkdə davam edir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, külək əsasən dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur.
Lerik rayon mərkəzinin bir hissəsi istisna olmaqla, digər ərazilərə elektrik enerjisi verilişi kəsilib.
Həmçinin təbii fəlakət nəticəsində meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib. Astara rayonunda iri gövdəli ağaclar yerindən qopub. Rayonun Motlayataq kənd sakini 1985-ci il təvəllüdlü Əliyeva Şəfa Ziyabəddin qızının və Pəlikeş kənd sakini Bağırov Etibar Manaf oğlunun üzərinə ağac aşıb. Bir neçə yerdə elektrik və rabitə xətti dirəkləri sıradan çıxıb.
Lənkəran və Masallı rayonlarında qəzalar səbəbindən bəzi kəndlər işıqsız qalıb. Bir sıra xətlər isə qəzaların qarşısını almaq məqsədi ilə şəbəkədən ayrılıb.
S.B.
www.oxu.az