Naxçıvanda qaz xəttinə çırpılan avtomobilin törətdiyi qəzadan sonra yaranan problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin Ordubad rayonunu təbii qazla təmin edən magistral xəttə çırpılması nəticəsində dayandırılan mavi yanacağın verilişi artıq tam bərpa edilib.
Hazırda rayona mavi yanacağın verilişi ilə bağlı heç bir problem yoxdur.
Ordubad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt qırılıb.
"02.07.2026-cı il tarixində saat 16:55-dən işlər yekunlaşanadək rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.

