Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aydın Dəmirçi üzr istədi
Şəkidə məhv edilən meşə örtüyü yenidən bərpa edilir. İşlər "Monte Ferro" Aqroparkı tərəfindən həyata keçirilir.
"Monte Ferro" Aqroparkının nümayəndəsi Aydın Dəmirçi Şəkidə meşə ağaclarının kəsilməsi ilə bağlı üzr istəyib və səhv etdiklərini, məsuliyyətsiz davrandıqlarını etiraf edib.
O bildirib ki, "Monte Ferro" Aqroparkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balans müqaviləyə əsasən fındıq bağlarının salınması üçün icarəyə verdiyi ərazilərdə 2020-ci ildən başlayaraq bu bağları salmaqdadır, hazırda ərazinin bir hissəsində fındıq bağı salınıb:
"Son vaxtlar ölkə mətbuatında icarəyə götürülmüş sahələrdə ağacların kəsilməsi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, buna görə biz çox ciddi narahatlıq keçirdik. Yaranmış vəziyyəti diqqətsizliyimiz, işlərimizə qeyri-peşəkar və məsuliyyətsiz davranmağımız ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək və meşə örtüyü tam şəkildə bərpa olunacaq. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bu işə artıq başlamışıq. Görülən tədbirlər və həyata keçirilən işlər barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılacaq".
Qeyd edək ki, "AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi Şəkidə meşə sahələrinin məhv edilməsinə görə bir neçə gün əvvəl həbs edilib. O, təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Ev sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz mənzil satılan ərazilərin SİYAHISI AÇIQLANDI - QİYMƏTLƏR
- "Keşlə" bazarı niyə söküləcək? Səbəbi bilindi - Xəbərlərin 20:00 buraxılışı
- Baku TV-nin rəhbəri: "İnformasiya müharibəsi bitməyib"
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub"
Rəylər