Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AZAL Turizm İşçiləri Günü münasibəti ilə beynəlxalq reyslərə 29% endirim təklif edir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.
Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, "Turist olmağın vaxtıdır!" şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.
Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində "TOURIST29" promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.
Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il
Uçuş tarixləri: 1 oktyabr - 25 dekabr 2024-cü il
Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda
- Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə
- "AirHelp" ən yaxşı aviaşirkətlərin siyahısını açıqlayıb: AZAL neçənci yerdədir?
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılmasının məqsədi açıqlanıb
- Naxçıvan istiqamətində növbəti yenilik: Onlayn aviabilet alışı indi "digital.login" ilə
Rəylər