"Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər mövcuddur və 5 500-ə yaxın bilet satışa çıxarılıb".
Oxu.Az-ın məlumatına görə, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yüksək tələbatı nəzərə alaraq, hazırda sistemdə satış davam edir: "Lakin müraciətlərin sayı çox olduğundan müəyyən ləngimələr baş verə bilər. Amma hər hansı çətinlik yoxdur.
Hazırda biletlər satışa 30 gün əvvələ çıxır. Lakin 90 gün əvvələ satışın açılması üçün tərəfimizdən müəyyən işlər aparılır və işlər tam yekunlaşandan sonra bununla bağlı açıqlama veriləcək".