Son zamanlar ölkəmizdə səhiyyə, turizm və sığorta sahəsi mühüm dəyişikliklər dövrünü yaşayır.
Belə ki, bu sahələrə yaranan tələbat onların inkişafına böyük təkan verir. Azərbaycanda səhiyyə xidmətlərinin göstərilməsi sahəsində daha bir yenilik isə “assistance” yəni, dəstək xarakterli xidmətlərdir.
Bu istiqamət üzrə fəaliyyət, ölkəmizdə, Türkiyədə, Avropada, bir sözlə dünyanın bir çox aparıcı tibb müəssisələrində müayinə və müalicənin keçirilməsinin təşkilindən ibarətdir.
Azərbaycanda tibb sahəsində yeni olan bu istiqamət səhiyyə, turizm və sığorta sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan Mediline Group Assistance şirkəti tərəfindən təqdim olunur.
Oxu.Az xəbər verir ki, bu sahədə 1 il əvvəl fəaliyyətə başlamış Mediline Group Assistance şirkəti ölkə vətəndaşlarının xaricdə müalicə imkanlarının daha da genişləndirilməsi, onların rahatlığının təmin edilməsi üçün yeni bir məhsul təqdim edib.
MediCard adlanan, bu məhsul Azərbaycan, Türkiyə və Avropanın aparıcı tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaq istəyən şəxsləri müxtəlif xidmətlərlə təmin edən endirim kartıdır.
MediCard vasitəsilə şirkət tibbi xidmətlərdən yararlanmaq istəyən şəxslərin müayinə və müalicə prosedurlarını münasib klinikada təşkilini, müvafiq endirimlərin tətbiqini, prosesə nəzarəti, həmin şəxslərin və onların yaxınlarının yaşayışının təşkilini bir sözlə, rahatlığın təmin olunması üçün hər bir köməkliyi göstərir. Bütün proseslər planlaşdırılmış şəkildə həyata keçirilir. Lahiyə özündə 4 proqramı birləşdirir və bu proqramlar kartlar formasında bir-birindən fərqlənir. Əsas fərqlənmə proqrama daxil edilən xidmətlərin həcmi və onların göstərilmə ərazisinə görə təyin edilir.
MediCard hər bir şəxsin tələblərinə cavab verə biləcək qədər unikal yaradılmışdır. Beləki, Mediline Group Assistance ilin 365 günü, günün 24 saatı bu lahiyə üzrə tibbi, texniki, turizm, hüquqi, sığorta ilə bağlı bütün dəstək və xidmətləri göstərir.
Medicard xidmətlərindən yaralanmaq istəyən şəxslərə 60%-dək endirimlər tətbiq edilir.
Qeyd edək ki, “Mediline Group Assistance” yeni məhsul olan “Medicard”-ın təqdimat mərasimini 21 Noyabr 2013-cü il tarixində təntənəli şəkildə Fairmont Baku Otelində keçirəcək.
Saat 19:00-da başlayacaq tədbirdə “MediCard” layihəsinin təqdimatı və yeni məhsulun tanıtım filminin nümayişi baş tutacaq.