Bakı şəhəri Baş Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməliyyatçıları və Xətai rayon Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş tədbirlər nəticəsində bu gün səhər noyabrın 2-də qadının qətlə yetirilməsində şübhəli bilinən şəxsi saxlayıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Xətai RPİ-dən bildiriblər.
Xatırladaq ki, noyabrın 2-də Reyhan Göyçayeva öz mənzilində qətlə yetirilmişdi. Kriminalistlər qadının bədənində çoxsaylı bıçaq yaraları aşkarlamışdılar.
Bu gün faktla bağlı Albalı qəsəbə sakini, Naxçıvan MR-in Şərur rayonunda doğulmuş 1990-cı il təvəllüdlü Kərimov Kamal Veysəl oğlu saxlanılıb. Əməliyyatçılar onu öz evində tutublar.
İlkin dindirmə zamanı Kərimov qətl törətdiyini bildirib və cinayəti qisas məqsədilə həyata keçirdiiyni danışıb. Onun sözlərinə görə, Qoçaeyvadan borc kimi 3000 manat pul alıb.
Bir müddət əvvəl o, çətin vəziyyətlə əlaqədar borcunu ödəyə bilməyib, buna cavab olaraq qadın Kərimovun 3000 deyil, artıq 6000 manat borc ödəməli olduğunu bəyan edib. Qoçayevanın bu sözlərindən sonra gənc insan onu öldürüb.
Bundan başqa, bildirilir ki, qadın sələmçiliklə məşğul olur, yəni, faizə pul verirmiş.
Faktla bağlı araşdırma davam edir.