Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüş başa çatıb.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, prezidentlər mətbuata heç bir açıqlama vermədən görüşün keçirildiyi “Palais Coburg” hotelindən ayrılıblar.
16:20
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanada keçirilən təkbətək görüşü başa çatıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, hazırda hər iki ölkənin xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılır.
15:19
Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Novosti-Armeniya” agentliyi verdiyi məlumata görə, bu barədə öz “Twitter” səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.