Bişkekdə Dolen Omurzakov adına stadionda Qırğızıstan və Azərbaycan futbol yığmaları arasında yoldaşlıq matçı sona çatıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, 1-ci hissədən sonra hesab 0:0 qalıb.
2-ci hissədə Berti Foqts 2 dəyişiklikdən isitfadə edib. Meydana Ali Gökdemir və Cavid Hüseynov daxil olub.
Vaqif Cavadov və Elnur Allahverdiyev isə meydanı tərk ediblər. Qırğızlarda isə meydanı Fərrux Abitov tərk edib, Elyaca Ariy isə onu əvəz edib.
Çoxsaylı şanslara baxmayaraq, Berti Foqtsun yetirmələri rəqibin qapısından top keçirə bilməyiblər. Yekunda oyun 0:0 hesabı ilə də bitib.
10:30
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşündə Qırğızıstan millisi ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, bu, komandanın 2013-cü ildə son oyunu olacaq.
Yığma komandamız indiyədək Qırğızıstanla bir dəfə - 2007-ci ildə qarşılaşıb. Beynəlxalq turnir çərçivəsində baş tutan oyun millimizin mimimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, oyun günorta vaxtı – saat 13:00-da baş tutacaq. Qırğız tərəfi matçın belə erkən vaxta keçirilməsinin səbəbi kimi stadionda işqılandırma sisteminin olmamasını göstərir.