Minskdə böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.
Oxu.Az AzərTAc –a istinadən xəbər verir ki, noyabrın 23-24-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının MABT səhnəsində ilk dəfə böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdiriləcək.
“Yeddi gözəl” baleti Belarus teatrının Qara Qarayev yaradıcılığına ikinci müraciətidir.
1960-cı ildə “İldırımlı yollarla” baletinə quruluş verilmişdi.
“Yeddi gözəl” baletinin quruluşçu dirijoru Vyaçeslav Voliç, quruluşçu rəssamı Aleksandr Kostyuçenko, kostyum üzrə rəssamı Yekaterina Bulqakova, işıq rəssamı İldar Bederdinovdur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə səhnələşdirilən baletin premyerasında Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək.