Azərbaycan və Rusiya müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.
A.S.
www.oxu.az