Azərbaycanda müəyyən edilmiş kateqoriyaya aid şəxslər güzəştli mənzillərdən yararlana bilərlər.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu kimlərin güzəştli mənzil ala bilməsi ilə bağlıdır.
Kimlər güzəştli mənzil ala bilərlər?
- yaşı 35-dən çox olmayan gənc ailə üzvləri;
- şəhid övladları;
- Vətən Müharibəsinin Qəhrəmanlarının övladları;
- milli qəhrəmanların övladları;
- məcburi köçkün və ona bərabər tutulan şəxslər;
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər;
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;
- idman sahəsində xüsusi xidmətləri olan şəxslər;
- ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli mənzillərdən yararlana bilərlər.