Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda COVID-19 testi verməyən şəxsə koronavirusa yoluxduğuna dair SMS gəlib - FOTO
Azərbaycanda COVID-19 testi verməyən vətəndaşa koronavirusa yoluxduğuna dair SMS göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fəxri Ağayev məlumat paylaşıb. O bildirib ki, koronavirus yoxlaması üçün heç bir test vermədiyi halda onun COVİD-19-a yoluxduğuna dair SMS göndərilib:
“Operativ Qərargahdan şəxsi nömrəmə bir mesaj gəldi: “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184".
Məsələnin maraqlı tərəfi odur ki, mən heç bir test verməmişəm. Buna ehtiyac da görməmişəm. SMS-də qeyd edilən “184” çağrı mərkəzinə zəng etdim”.
İki dəqiqə həzin musiqi dinlədiyini qeyd edən Fəxri Ağayev nəticədə aldığı cavabın onu daha da təəccübləndirdiyini deyib:
“Təsəvvür edin, belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və iki dəqiqə uvertüra... Operativ olduqlarına görə, iki dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və məni oradakı poliklinikaya yönləndirdi. Telefondakı xanım dinlədi, və belə bir halın necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Cavab olaraq bildirdi ki, adım siyahıda yoxdur. Mesajı mənə kim göndəribsə, ona müraciət edim.
Ümumi olaraq başa düşürəm ki, səhv olub. Amma düşünün, bu mesaj mənə deyil, 65 yaşlı test verən insanlardan birinə göndərilsəydi, necə olardı? O anda infrakt olsa..?!”
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR