Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda Cümhuriyyət parkının salınması təklif edilir
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş “26-lar”, indiki “Sahil bağı”nın “Cümhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, R.Hüseynov bunu MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-dakı ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin bağın “Cümhuriyyət bağı” adlandırılması AXC-nin 100 illiyinə ən böyük töhfələrdən biri olardı:
“Hesab edirəm ki, həmin bağ “Cümhuriyyət bağı” kimi adlandırılmalıdır. Bunun çox mənəvi-siyasi önəmi var. Bu, “Cümhiriyyət ili”nə ən böyük töhfə olardı”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
- Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ
- 20 Yanvar faciəsindən 35 il keçir
- Deputat: "Gürcüstan və Azərbaycan bu gün regional güc mərkəzinə çevriliblər"
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
Rəylər