Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” dünən üçüncü yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komandamız Polşanın “Yaqelonna” klubu ilə qarşılaşıb. Matç rəqibin darmadağını ilə yekunlaşıb – 8:1.
Oyunun ilk hissəsində “Kəpəz”in yeni qapıçısı Sergey Litovçenko iş başında olub. Elə ilk hissədə yeddi qolu da məhz ukraynalı qapıçı buraxıb. Fasiləyə yaxın futbolçular arasında kütləvi dava düşüb.
Gəncə klubunun yeganə qolunu rəqibin irlandiyalı hücumçusu Kilian Şeridan öz qapısına vurub. Bu, əlavə olunmuş son dəqiqədə olub.
Qeyd edək ki, “Kəpəz” bundan əvvəl Rumıniyanın “Viitorul” klubu ilə 1:1 oynamış və Cənubi Koreyanın I dəstə komandası “Tecon Sitizen”ə 1:0 qalib gəlmişdi.
Xatırladaq ki, “Kəpəz”dən əvvəl “Neftçi” Antalyada bu hesabla biabır olub. Bakı komandası bir həftə əvvəl Rusiyanın I divizion komandası “SKA-Xabarovsk”a 1:8 hesabı ilə darmadağın olmuşdu.
Səbuhi TOFİQOĞLU
www.oxu.az