Bu gün axşam saatlarında Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “ZİL” markalı yük maşını yolu keçmək istəyən Siyəzən rayon sakini Yaqubov Eyyub Əliağa oğlu və onun nəvəsi, 2010-cu il təvəllüdlü Ocaqquliyev Rəşad Vurğun oğlunu vurub.
Qəza nəticəsində E.Yaqubov dünyasını dəyişib, nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu və paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərildiyi bildirilir.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.