Şabran rayonunda 46 yaşlı kişi intihar edib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, rayon sakini Mövsümov Rəhim Maqsud oğlu rayonda yaşadığı evin mətbəxində özünü tavandan asaraq intihar edib.
Verilən məlumata görə, Mövsümov Rəhimin özünü öldürməsinə səbəb onun bacısının ərindən boşanması olub. Mərhum 5 uşaq atası olub.
Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.