Azərbaycanda internet bələdiyyə sistemi hazırlanacaq.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilənə görə, artıq ilin əvvəlindən bələdiyyələrin vergi informasiya sistemi avtomatlaşdırılıb.
İlkin mərhələ olaraq Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə başlanılıb.
Layihədə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu şəhadətnamələr vasitəsilə vergi ödəyiciləri bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə həyata keçirəcəklər.
Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, yoxlamalar və s. kimi işləri avtomatlaşdırılmış şəkildə həyata keçirəcəklər.