Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda havanın temperaturu aşağı enəcək
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-20° isti, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
E.Ə.
www.oxu.az
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- 28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb